İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
13.08
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlər var.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə "Hyundai"da olan iki nəfər ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Şərhlər