Axşam saatlarında İsmayıllı şəhərində yol qəzası baş verib.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza “Toyota” və “VAZ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə, “VAZ”ın sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Qaynar.info