Xəbər lenti

İsmayıllıda meşə yanır
Ölkə13:19 14.09.2017

İsmayıllıda meşə yanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıllıda meşədə yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, bu gün  saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib. 

Yanğının söndürülməsi üçün dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Qaynarinfo.Az