Xəbər lenti

İsmayıllıda polislər qəzaya düşdü - Yaralılar var
Ölkə18:49 12.06.2023

İsmayıllıda polislər qəzaya düşdü - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri - Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıblar.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.