Xəbər lenti

Dünya 17:51 14.03.2024

İspaniya Kataloniya separatçılarına amnistiya elan etdi

İspaniya parlamenti Kataloniya separatçılarına amnistiya haqqında qanun qəbul edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "La Vanguardia" məlumat yayıb.

178 deputat qanun layihəsinin qəbulunu dəstəkləyib, 172 deputat isə əleyhinə çıxıb.

Qeyd olunur ki, söhbət 2017-ci ildə Kataloniyanın İspaniyadan müstəqilliyi ilə bağlı referendumun keçirilməsi cəhdi zamanı katalon separatçılarının nümayəndələri tərəfindən törədilmiş - həm sübut edilmiş, həm də iddia edilən cinayətlərə görə amnistiyadan gedir.

Kataloniya separatçılarına amnistiya elan edilməsini İspaniyanın hazırkı baş naziri Pedro Sançes irəli sürüb. Lakin İspaniyanın bir çox bölgələrində bu tədbir qəbul edilmirdeyil. 

Martın 9-da Madridin mərkəzində minlərlə insan Kataloniya separatçıları üçün amnistiya qanununa etiraz edərək baş nazir Pedro Sançesin istefasını tələb edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->