Mərakeş əsilli ispaniyalı atlet Mohammed Katir idmandan uzaqlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, Dünya Atletika Federasiyası sprinteri iki il müddətinə yarışlardan diskvalifikayiya edib. Sanksiya 2024-cü il fevralın yeddisindən 2026-cı il fevralın altısına kimi qüvvədədir. Katirin idmandan uzaqlaşdırılmasına səbəb onun üç dəfə dopinq testindən yayınması olub.
İspaniya Kral Atletika Federasiyası da idmançının lisenziyasını dayandırdığını elan edib. RFEA prezidenti Raul Çapado açıqlamasında, "Açıq intizam prosesi olan bir idmançı lisenziyaya heç bir halda uyğun gələ bilməz" - sözlərini söyləyib.
Səbuhi Həsənov
Şərhlər