Xəbər lenti

İsrail Azərbaycana niyə terror xəbərdarlığı edib? - ŞƏRH
Ölkə08:01 14.04.2016

İsrail Azərbaycana niyə terror xəbərdarlığı edib? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb. Həmin xəbərdarlıqda təhlükəli ölkələr sırasında Azərbaycanın da adı daxil edilib. 
Qaynar.info Azərbaycanın adının hansı səbəbdən bu siyahıya daxil edilməsini öyrənmək üçün Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə və REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı ilə əlaqə saxlayıb.
Aydın Mirzəzadənin sözlərinə görə, hüquq-mühafizə orqanlarının verdiyi məlumat və real həyat göstərir ki, Azərbaycanda heç bir terror təhlükəsi yoxdur: "Birincisi, Azərbaycanda təhlükəsizlik sistemi elə qurulub ki, burada terrorun sosial bazası yoxdur. Terroru həyata keçirəcək şəxs və qruplar Azərbaycan mühitində formalaşmayıb. İkincisi, hər bir dövlət strukturunun öz işinə məsuliyyətlə yanaşması, hansısa terrorun həyata keçrilməsini mümkünsüz edir.
Bakıda təhlükəsiz şəhər sistemi fəaliyyət göstərir. Şübhə doğuran hər bir kəs həmin andaca qeydə alına bilir. Eyni zamanda terror aktı törətmək üçün müvafiq hərbi sursatlar lazımdır. Bunun üzərində ciddi nəzarət var. Silahı əldə etmək və ondan istifadə etmək mümkünsüzdür".
Aydın Mirzəzadə
Deputat bildirdi ki, İsrailin hansı səbəbdən belə bir xəbərdarlıq etməsi aydın deyil: "Reallıq budur ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycana gələn xarici vətəndaşlar özlərini çox rahat və təhlükəsiz hiss edirlər. Bu yaxınlarda bir İsrail vətəndaşının Bakıdakı təssüratlarını oxudum. O bildirirdi ki, getdiyim digər ölkələrdən fərqli olaraq, Azərbaycanda müxtəlif bölgələrdə istənilən saatda rahat mühafizəsiz gəzə bilir və hər hansı bir təhlükə hiss etmir".
Azər Qasımlının fikrincə, hansısa bir ölkədə konflikt baş verirsə, müharibə gedirsə, digər ölkələr vətəndaşlarını həmin ölkəyə getməkdən çəkindirirlər: "Xəbərdarlıq edirlər ki, bu ölkələrə getməsəniz daha yaxşı olar. Bu qəbul olunmuş normal bir praktikadır. Heç bir ölkə istəməz ki, onun vətəndaşı hansısa bir konfliktin ortasında qalsın. Vətəndaş problem yaşadığı zaman, dövlət üçün də çətinlik yaranır. Bu işlərlə məşğul olmaq məcburiyyətində qalır. Bu baxımdan İsrail vətəndaşlarına müraciət edib ki, Azərbaycana getməyin".
Azər Qasımlı
Politoloqun sözlərinə görə, məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, həm İsrail, həm də digər ölkələrin vətəndaşları Azərbaycana gəldiyi zaman Dağlıq Qarabağa getmi: "Dağlıq Qarabağa yalnız jurnalistlər gedirdi ki, vəziyyəti öyrənsin. Onlar da Azərbaycan tərəfindən deyil, Ermənistana gedirdilər və ordan Qarabağa keçirdilər". 
Politoloq qeyd edir ki, ola bilsin İsrail kəşfiyyatında Qarabağda savaşın bitməməsi ilə bağlı məlumatlar olsun: "Yəqin onlarda elə məlumatlar var ki, müharibə yenidən alovlana bilər. Bu baxımdan vətəndaşlarına müraciət ediblər. Bu versiya daha önəmli və inandırıcıdır. Ümumilikdə isə İsrail vətəndaşlarına xəbərdarlıq etməsində pis bir şey yoxdur".
Qafqaz Rafiqoğlu
Qaynar.info