Xəbər lenti

Dünya 19:29 15.04.2024

İsrail İrana görə Rəfah əməliyyatına başlamaq planını təxirə salır

İranın hücumu fonunda İsrail Rəfahda əməliyyata başlamaq planını təxirə salıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Televiziya mənbələri bildiriblər ki, İsrail bu həftə Rəfahda qurudan hücuma doğru ilk addımları atmağı planlaşdırırdı, lakin İranın hücumuna cavabını düşündüyü üçün bu planları dayandırıb.

Martın sonunda İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə hakimiyyəti Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat üçün əməliyyat planını təsdiqləyib.

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib. Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin vurduğunu bildirib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?