Bazar günü, fevralın 4-də İsral ordusu Livanın İsraillə sərhəd yaxınlığındakı Yarun şəhərində "Hizbullah”ın komanda mərkəzinə və hərbi düşərgəsinə hava zərbəsi endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Telegram-da məlumat
yayıb.
Nazirliyin məlumatına görə, İsrail hərbçiləri qruplaşmanın Marun ər-Ras şəhərindəki müşahidə məntəqəsinə də zərbələr endirib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlıları İsrailin cənubuna və mərkəzinə hücum edərək minlərlə raket və mərmi atıblar. Livanın "Hizbullah” qruplaşması hücumu dəstəkləyib, bu da öz növbəsində İsrail-Livan sərhədində tərəflər arasında gündəlik qarşıdurmalara səbəb olub.
Nizami Bağırov
Şərhlər