Xəbər lenti

İsrail ordusu İrana cavab verəcəklərini vəd etdi
Dünya 22:46 05.10.2024

İsrail ordusu İrana cavab verəcəklərini vəd etdi

İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücumuna cavab verəcək.

"Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.

"İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. Belə ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->