Xəbər lenti

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət etdi
Ölkə16:01 11.10.2023

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Qaynarinfo səfirliyin "X" səhifəsinə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik".
Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.