Xəbər lenti

İşsiz qalanlar pul ala biləcəklər
Ölkə10:17 14.04.2016

İşsiz qalanlar pul ala biləcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda işsizlikdən icbari sığorta haqqında qanun layihəsi baxılması üçün icra hakimiyyətinin müvafiq orqanlarına göndərilib.

Qaynar.info Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

İşsizlikdən sığorta işsizlik üzrə müavinətdən fərqlənəcək.

İşsizlikdən sığorta işsiz qalmış insanlara müəyyən dövr ərzində sığorta ödənişləri almağa imkan verəcək. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayırmalar hesabına aparılır.

Qaynar.info