Xəbər lenti

İstanbula qar yağdı, Bakı reysləri təxirə salındı - FOTOLAR
Ölkə12:45 07.01.2017

İstanbula qar yağdı, Bakı reysləri təxirə salındı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda ötən gündən pisləşən hava şəraiti və güclü qarla əlaqədar Atatürk və Sabiha Gökçen Hava Limanlarında təyyarə reysləri təxirə salınıb.
Virtualaz.org “Azərbaycan Hava Yolları” QSC-yə istinadən xəbər verir ki, bu gün 14:35 reysi ilə Sabiha Gökçen Hava Limanından Bakıya uçan təyyarə və Atatürk Hava limanından 17:05-də uçmalı olan təyyarə reysləri gecikir.
Bu gün 03:50 və 05:40-da enməli olan İstanbul-Bakı reysi isə ləğv edilib.
Yerli mətbuatın yazdığına görə, Atatürk Hava Limanına enə bilməyən təyyarələr S.Gökçen aeroportuna yönləndirilir.
Ötən gündən başlayaraq Atatürk və S. Gökçen Hava Limanlarından yerli və xarici xətlərlə ümumilikdə 395 reysin ləğv edildiyi bildirilir.
İstanbulda hazırda yağan qarın qalınlığının 40 sm-ə çatdığı bildirirlir. Meteroloji məlumata görə, qeyri-sabit hava bazar ertəsinə kimi davam edəcək.
Qaynarinfo.Az