Xəbər lenti

İstanbula yeni mer gəlir
Ölkə06:29 16.07.2013

İstanbula yeni mer gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Avropa İttifaqı ilə münasibətlər üzrə naziri Egemen Baxış İstanbulun yeni meri ola bilər. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, iftar ilə bağlı Türkiyə departamentinin deputatları ilə keçirilən mərasimdə Baxış bildirib ki, ola bilsin, bu onun Türkiyənin Avropa İttifaqı ilə münasibətlər üzrə naziri vəzifəsində olduğu sonuncu Ramazan ayıdır.

Nazirin bu barədə bəyanatı birmənalı qarşılanmayıb. Onun yaxın vaxtlarda İstanbulun meri vəzifəsinə təyin olunacağı bildirilir."İstanbul meri olmağa razılaşmısınızmı?" sualına Baxış cavab olaraq bildirib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi istənilən vəzifəni yerinə yetirməyə hazırdır.

Qaynar.info