Xəbər lenti

İstanbulda əməliyyat: 8 azərbaycanlı saxlanıldı
Ölkə08:52 31.01.2020

İstanbulda əməliyyat: 8 azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbul polisi aralarında azərbaycanlıların da olduğu cinayətkar dəstəni həbs edib.
Qaynarinfo xəbər verir ki, müxtəlif cinayət əməllərində iştirak etdiyi bildirilən və Rusiya ilə əlaqələri ortaya çıxan cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatda 16 nəfər saxlanılıb. Onlardan 8-i Azərbaycan, 4-ü  Gürcüstan, 3-ü Ukrayna, 1-i Rusiya vətəndaşıdır.
Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir "AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb. Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.