Dünya 12:20 16.03.2023

İstanbulda İŞİD və "Əl-Qaidə"yə qarşı əməliyyat: 13 nəfər saxlanıldı

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi İŞİD, "Əl-Qaidə" və Suriyada fəaliyyət göstərən HTŞ (Heyetu Tahriru'ş Şam) terror təşkilatlarına qarşı əməliyyat keçirib.

Qaynarinfo bu barədə "Anadolu Agnetliyi"nə istinadən xəbər verir.

Polis ölkə üçün təhlükə yaradan, "xarici terrorçu" adlandırılan şübhəlilərin saxlanılması üçün bir rayonda müəyyən edilən 12 ünvanda əməliyyat keçirib.

Əməliyyat zamanı 13 şübhəli saxlanılaraq, polis bölməsinə aparılıb. Saxlanılan şəxslər barəsində istintaq tədbirləri həyata keçirilir.

Aydın