Xəbər lenti

İstehsalçılar Azərbaycana zibillə mübarizədə necə kömək edə bilər?
Ölkə12:48 17.12.2019

İstehsalçılar Azərbaycana zibillə mübarizədə necə kömək edə bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niyə genişləndirilmiş istehsalçı məsuliyyəti (GİM) sistemi Avropada uğurla işləyir, postsovet ölkələrin çoxunda isə bu günə qədər nəticə vermir?
Qaynarinfo bu haqda araşdırmanı təqdim edir:
Bəs GİM (RPR) nədir?
Genişləndirilmiş istehsalçı məsuliyyəti (RPR) istehsalçı və idxalatçı məhsuldan yaranan tullantıların atılmasına görə məsuliyyət daşımalı olduğunu bildirən konsepsiyadır. Mahiyyəti ondan ibarətdir ki, şirkətlər ya tullantıları özləri təkrar emal etməlidir, ya da ölkənin ekoloji sistemini maliyyələşdirərək dövlətə haqq ödəməlidirlər.
Dünya ölkələrində RPR necə qurulur?
İlk dəfə istehsalçılar tərəfindən ətraf mühitə dəyən ziyana görə kompensasiya fikri İsveçdə 1990-cı ildə ortaya çıxıb. 30 il ərzində bu mexanizm əksər inkişaf etmiş ölkələrdə kök salıb - indi dünyada RPR-in 400-ə yaxın versiyası mövcuddur.
Genişləndirilmiş istehsalçı məsuliyyətinin ən inkişaf etmiş sisteminə sahib ölkələrdən biri də Almaniyadır. Ölkə İkiqat tullantı toplama və məhvetmə sisteminə sahibdir, buna əsasən istehsalçıların istifadə edilmiş plastik, kağız və şüşə qablaşdırma vasitələrinin təkrar emalına görə özləri, bələdiyyələr isə təkrar emal edilməyən tullantıların və bio-tullantıların utilizasiyasına cavabdehdirlər. Əhali yalnız ikinci növ tullantıların atılması üçün pul ödəyir və birinci növün emalı istehsalçılardan alınan eko haqları hesabına maliyyələşdirilir. Üstəlik, rüsumların miqdarı qablaşdırma materiallarının miqdarından asılıdır - nə qədər az olsa, ödəniş də o qədər az olur.
Almaniyada İkili sistemin tətbiqi tullantıları emal edən müəssisələrin sayını və xammalın təkrar emal faizini artıb. Məsələn, indi ölkədə plastikin üçdə biri əvvəllər təkrar emal edilmiş məhsullardan istehsal olunur.
Qonşu Rusiyada RPR necə işləyir
Rusiyada 2015-ci ildə "İstehsal və istehlak tullantıları haqqında" qanuna düzəlişlər qüvvəyə mindikdən sonra genişləndirilmiş istehsalçı məsuliyyəti sistemi tətbiq edilməyə başlanıb.
Hazırda, Rusiyada RPR ROP proqramını həyata keçirmək üçün üç əsas seçim mövcuddur:
● tullantıların öz-özünə utiloizasiyası;
● təkrar emal ilə məşğul olan podratçı ilə müqavilə bağlamaq;
● dövlətə ekoloji rüsumların ödənilməsi.
Variantların müxtəlifliyi əslində tullantıların atılmasının praktik olaraq baş verməməsinə səbəb olur.
"Rosprirodnadzor”un 2018-ci il məlumatlarına görə, ölkədə təxminən dörd milyon hüquqi şəxs olmasına baxmayaraq, yalnız 15 min şirkət RPR-lər haqqında hesabat təqdim edib. Ancaq hətta verilən hesabatlar da utulizasiyaya zəmanət verməyib: hətta bəzi istehsalçılar görülən işlər barədə saxta arayışlar əldə ediblər.
Rusiya RPR sisteminin uğursuzluğunun başqa bir səbəbi də istehsalçının məhsulunun yalnız müəyyən faizini utilizasiya etməyə borclu olduğu standartların mövcudluğudur. 2019-cu il üçün utilizasiyada ən yüksək standart kağız və karton üçün - 35%, ən aşağı - paltar, rezin və plastik məhsullar, məftillər və bir çox digər mallar üçün 5% müəyyən edilib.
RPR mexanizmini necə inkişaf etdirmək olar?
RPR-in uğurla tətbiq olunduğu Avropa ölkələrində standartlar yoxdur - istehsalçılar malların 100%-lik utilizasiyası üçün haqq ödəməlidirlər. Təkrar emal olunan tullantıların payını artırmağa imkan verən budur - 2030-cu ilədək AB-də 90% tullantıların təkrar emalı baş tutmalıdır. Bundan əlavə, Almaniyada olduğu kimi, əksər ölkələrdə xüsusi bir təşkilat zibilin toplanması və utilizasiyasına nəzarət edir - bu həm sahibkarlar, həm də dövlət üçün prosesi asanlaşdırır.
Rusiyanın Təbii Sərvətlər Nazirliyi bu təcrübəni mənimsəməyi və ölkədə genişləndirilmiş istehsalçı məsuliyyəti sistemində islahat aparmağı təklif edir.
RPR-in yeni konsepsiyası artıq 2019-cu ildə Rusiyada başlanan "Ekologiya" milli layihəsi çərçivəsində müzakirə olunur.
İlk növbədə, Təbii Sərvətlər Nazirliyi tullantıların utilizasiyası prosesini izləyəcək vahid fond yaratmağı planlaşdırır. Pul məhsul istehsalçıları və idxalçıları tərəfindən alınan rüsumlar hesabına əldə ediləcək. Bundan əlavə, agentlik tullantıların utilizasiyası standartını 100%-ə qədər artırmağı təklif edir. Mütəxəssislərin fikrincə, bu olmadan 2024-cü il üçün Rusiyada tullantıların təkrar istehsalını 60%, utilizasiyanı 36%-ə çatdırmaq planını yerinə yetirmək olmaz.
Eyni zamanda, sahibkarları istehsallarını daha ekoloji cəhətdən təmiz etməyə təşviq etmək təklif olunur - məsələn, qablaşdırma yaratmaq üçün təkrar ehtiyatların 20%-i istifadə olunarsa, ekoyığım 20% azalacaq, 100%-də isə ekoyığım sıfır olacaqdır.
Əhali üçün hər hansı bir risk varmı?
Yeni RPR konsepsiyasındakı əsas narahatlıqlardan biri tullantıların utilizasiyası və təkrar emalı xərclərinin artması səbəbindən qiymətlərin artmasıdır.
Rusiya Ekoloji Əməliyyat Şirkətinin keçmiş baş direktoru Denis Butsayevin dediyinə görə, bu narahatlıqlar özünü doğrultmur: 
"Alman təcrübəsi göstərir ki, istehsalçı məsuliyyəti ilə ikiqat tullantı toplama və təkrar emal sisteminin tətbiqi son istehlakçı üçün qiymətlərin artmasına səbəb olmur, çünki qablaşdırmanın dəyəri malın qiymətində cəmi 1%-dir”. 
Beləliklə, istehsalçı üçün bir şüşə suda ekoyığım cəmi 0.4-0.8 qəpik artmış olur.
Mütəxəssislər deyirlər ki, bəzi məhsullar, əksinə, daha ucuz ola bilər - bütün bunlardan sonra təkrar emal xammalın qiymətini aşağı salacaqdır.
Bundan əlavə, Rusiya Ekoloji Əməliyyat İdarəsinin baş direktorunun müavini Aleksey Makruşinin sözlərinə görə, RPR-in düzgün işlənməsi ilə insanlar tullantıların atılması üçün daha az pul ödəyəcək, çünki istehsalçılar bunun üçün tam məsuliyyət daşıyacaqlar.
Genişləndirilmiş istehsalçı məsuliyyətinin yenilənmiş konsepsiyası hazırda Rusiyada nəzərdən keçirilir. Layihə təsdiqlənərsə, sistem 2020-ci ilə qədər xeyli qazana bilər.

Bəs Azərbaycanda bu sistem varmı?

Azərbaycanda tullantıların çeşidlənməsində əhalinin rolu demək olar ki, çox azdır. Lakin dünyanın bütün inkişaf etmiş ölkələrində məişət tullantılarının çeşidlənməsi yerlərdən başlayır və təkrar emal vasitəsilə faydalı tullantılara çevrilir. Ölkədə məişət tullantılarının çeşidlənməsi üçün müəyyən tədbirlər aparılsa da, bu əsasda əhali arasında maarifçilik işləri çox aşağıdır. Bakı şəhəri də daxil olmaqla ölkənin digər şəhərlərində bu istiqamətdə aparılan işlər kifayət deyil. Bəzi hallarda isə tullantıların uzun müddət daşınmaması həmin ərazidə yaşayan əhalinin sağlamlığı üçün böyük problemlər yaradır.

"Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakının Balaxanı qəsəbəsində 20 hektar ərazidə tullantıların yandırılması zavodunun tikintisinə başlanılıb və illik gücü 500 min ton təşkil edəcək zavod 2012-ci ildə istifadəyə verilib.

Bu zavodda bərk məişət tullantılarının çeşidlənməsi xüsusi texnoloji proses həyata keçirməklə aparılır. Bərk məişət tullantılarının çeşidlənməsi onların əhəmiyyətli hissəsinin xammal kimi təkrar istifadəyə qaytarılmasına kömək edir. Dünyanın bir çox ölkələrində tullantıların çeşidlənməsi əhali tərəfindən aparılır və bu cür təşkilati işlər onların təkrar emala qaytarılmasını asanlaşdırır.

Qeyd olunanlarla yanaşı, bərk məişət tullantıları üzrə təkrar istehsalı inkişaf etdirmək məqsədilə 2012-ci ildə təməli qoyulmuş və 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb.

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində 2011–2014-cü illərdə Böyük Bakı ərazisində bərk məişət tullantılarının yığılıb toplanması və zərərsizləşdirilməsi sisteminin təkmilləşdirilməsi üçün bir sıra tədqiqatlar aparılıb.

Azərbaycan Respublikası Prezidenti İlahm Əliyev ötən ilin noyabrın 1-i tarixində "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəyi gözlənilir.

Bəs qanun məişət tullantılarının təkrar emalı ilə bağlı nə deyir?

İstehsalat və məişət tullantılarının idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunur ki:

Maddə 9. Tullantıların emalı şərtləri

Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:

tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;

texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi;

tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;

tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması;

ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması;

yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması;

tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;

tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;

Maddə 10. Tullantıların emalı yerlərinə tələblər

Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.

Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.

Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır.

Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.

Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.

Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.