Xəbər lenti

İstənilən şəxs istədiyi mövzuda dərs vəsaiti hazırlayıb, satışa buraxa bilərmi?
Ölkə08:29 31.05.2022

İstənilən şəxs istədiyi mövzuda dərs vəsaiti hazırlayıb, satışa buraxa bilərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhsilin keyfiyyətinə inam və etibar üçün bu, ciddi qüsurdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta ümumtəhsil məktəblərində istifadə olunan tədris vəsaitlərində yol verilən qüsurlara aydınlıq gətirərkən deyib. O bildirib ki, orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin informasiya yükü, dili, məzmunu ağır olduğuna görə valideynlər əlavə köməkçi vəsaitlər alırlar:
"Belə ki, onlar hər hansı bir müəllif heyəti tərəfindən çap olunmuş vəsaitləri, iş dəftərlərini, köməkçi vasitələrini orta ümumtəhsil məktəblərində şagirdlərin istifadəsinə verirlər. Etiraf edək ki, 1998-ci ildən Azərbaycanda senzura ləvğ olunduğuna görə istəlinən şəxs hər hansı yoxlamadan keçmədən istədiyi mövzuda vəsaiti hazırlayıb, satışa buraxa bilir və bu da öz növbəsində ciddi şəkildə problemlər yaradır. Bizim apardığımız monitorinqlər göstərir ki, müəllif heyəti tərəfindən müxtəlif nəşriyyatlarda çap olunan vəsaitlər redaktə baxımından tədris resurslarına uyğun deyil. Təhsil Nazirliyi müstəqil müəllif heyəti tərəfindən çap olunan vəsaitlərə görə cavabdeh deyil, amma nazirliyin özü tərəfindən çap olunan vəsaitlərdə də qüsurlar, elmi səhvlər az deyil. Ümumilikdə ölkədə tədris resurslarına nəzarət yoxdur”.
Ekspertin fikirincə, bunun nəticəsidir ki, bir-biri ilə əlaqəsi olmayan, şagirdlərin yaş psixologiyasına uyğun gəlməyən tapşırıqlar çap olunur:
"Ayrıca bir qurum olmalıdır. Azərbaycan hokuməti özəl sektorun inkişafını dəstəkləyir, amma burada milli maraqlar da əsas məqamlardan biridir. Yəni, bu resursların çap olunması tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərir. Şagirlər görəndə ki, ciddi qüsurlar var, onların tədris materiallara inamı qalmır. Bu, ciddi qüsurdur. Kitablar çap olunduqdan sonra onlar nəzarətə götürülüb, ekspert qrupu tərəfindən rəy verilməlidir”.
Bahar Rüstəmli