İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - Usta diqqəti əsas məqama yönəldir
Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast gəlinir.
Hətta bununla bağlı təhlükəsiz şəhər kameralarına düşən görüntülər də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paylaşılır.
Bəs havalar isinən kimi hərəkətdə olan avtomobildə texniki nasazlıq niyə yaranır?
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, usta Pərviz İsmayılov bildirib ki, isti havalarda avtomobillərin yolda qalması yanacaq nasosu problemi ilə bağlıdır. Amma bu detal sıradan çıxmazdan əvvəl bir neçə əlamətlə özünü büruzə verir.
Belə vəziyyətdə avtomobilin mühərriki qəfil sönə bilər. Bu isə həm təhlükəli, həm də baha başa gələ biləcək sonluqla nəticələnir. Usta deyir ki, adətən belə hal ən çox da stabil sürətlə uzaq yola çıxanda baş verir.
Ustanın sözlərinə görə, nisbətən ili köhnə olan avtomobillərin sürücüləri mütəmadi olaraq nasosun təzyiqini yoxlatmalı və yanacaq filtrini vaxtında dəyişməklə bu problemin qarşısını ala bilərlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər