
Yaxın iki gün ərzində ölkə ərazisində mülayim hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın temperaturu gecə 22-26˚, gündüz 31-36˚ isti olacaq.
Azərbaycanın rayonlarında da iyulun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 22-27˚, gündüz 34-39˚, dağlarda gecə 13-18˚, gündüz 25-30˚ isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində temperaturun yüksək olması və rütubətli hava meteohəssas insanlar üçün əlverişsizdir.
Qaynar.info