Xəbər lenti

İstiqlal Muzeyində "Rəsulzadə" sərgisi olacaq
Ölkə05:43 22.01.2014

İstiqlal Muzeyində "Rəsulzadə" sərgisi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
  

Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi təşkil keçiriləcək.

AzərTAc xəbər verir ki, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli sərəncamına uyğun olaraq keçiriləcək tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə çıxış edəcəklər.


Qaynar.info