Xəbər lenti

İstirahət günləri üçün hava proqnozu açıqlandı
Ölkə13:47 07.09.2018

İstirahət günləri üçün hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya daxil olan məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 dərəcə isti təşkil edəcək.