Xəbər lenti

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
Ölkə12:59 06.07.2018

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumatına görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. 
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək. 
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 
Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 7-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək. 
Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə  isti təşkil edəcək. 
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 7-dən iyulun 8-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək. 
Qeyd olunub ki, küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq, bununla əlaqədar əhali çimərliklərdə ehtiyatlı olmağa çağırılıb.