Xəbər lenti

İstirahət günlərinin hava proqnozu açıqlandı
Ölkə14:21 18.05.2018

İstirahət günlərinin hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. 
Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.
Naxçıvan MR-da mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Paytaxtda yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.