Birinci yay olimpiya oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq su təchizatında məhdudiyyətlər olacaq
İstirahət günü Bakının bəzi rayonlarında su olmayacaq. "Azərsu” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci yay olimpiya oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar içməli su təchizatında məhdudiyyətlər olacaq.
12 yanvar saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və “Azərneftyağ” neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.