Xəbər lenti

İstirahət gününə olan hava proqnozu açıqlanıb
Ölkə08:25 28.10.2017

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir. 
Qaynarinfo.Az