Xəbər lenti

İstirahət üçün 10 məşhur yer: rusların siyahısında Bakı yoxdur
Ölkə07:53 29.11.2019

İstirahət üçün 10 məşhur yer: rusların siyahısında Bakı yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva rusiyalıların ən populyar rezervasyonları arasında lider olub: bütün rus turistlərin 12%-i paytaxta səyahət planlaşdırır. 
Qaynarinfo xəbər verir ki, ikinci yerdə sifarişlərin 7%-i ilə Sankt-Peterburq, üçüncü yeri isə 4.5% ilə Banqkok tutur. Qalan yeddi yer bunlardır: 
Soçi (4,1%), Bali (3,6%), İstanbul (3,2%), Praqa (3%), Simferopol (2,7%), Krasnodar (2,6%) və Phuket (2,2%). 
"Sberbank Sığorta” tərəfindən açıqlanan statistikaya görə, 800-ə yaxın sığortalı səyahətçi öz sığorta sənədi ilə bağlı kömək üçün müraciət edib. Bu müraciətlərdən 62 faizi Taylandda qəbul edilib.
Sığorta sənədi ilə əlaqədar Taylanddan başqa ən çox tibbi yardım üçün müraciət edilən beş ölkə Rusiya, Hindistan, İndoneziya və Vyetnamdır. Müraciətlərin əsas səbəbləri kəskin respirator virus infeksiyası, bağırsaq zəhərlənməsi və xəsarətlər olub. Taylandda turistlərin ekzotik problemləri sırasına isə həşərat dişləmələri, meymunlar və zəhərli ilanlar daxildir.