Xəbər lenti

İsveç Fələstin dövlətini tanıdı
Ölkə14:20 30.10.2014

İsveç Fələstin dövlətini tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçin yeni hökuməti bu gün Fələstin dövlətini tanıdığını bildirib. Bununla da, İsveç Avropa İttifaqı üzv dövlətləri arasında Fələstin dövlətini tanıyan üçüncü dövlət olub.

Anspress-in məlumatına görə, bundan əvvəl Malta və Kipr də Fələstini dövlət kimi tanıyıb. İsveçin baş naziri Marqo Ualström deyib ki, bu qərar beynəlxalq hüquqa uyğundur, çünki orada ərazi, xalq və hökumət mövcuddur.

Avropa İttifaqı isə bildirib ki, Fələstin dövlətini münasib zamanda tanıyacaq. Təşkilat danışıqların davam etdirilməsinə çağırıb, ən tez zamanda münaqişənin iki dövlət formatında həll olunmasını tövsiyyə edir.

Xatırladaq ki, oktyabrın əvvəlində İngiltərə parlamenti Fələstin dövlətinin tanınması lehinə rəmzi səsvermə keçirib.

Qaynar.info