Xəbər lenti

İtaliyadan gətirilən istifadəyə təhlükəli qidalar məhv edildi (FOTO)
Ölkə07:44 13.01.2021

İtaliyadan gətirilən istifadəyə təhlükəli qidalar məhv edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyadan gətirilən 4 min 572 kiloqram qaymaq məhsulu məhv edilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumatda bildirilir ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "İtalika Azerbaijan” MMC tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan "Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.
Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. 
Bununla bağlı olaraq istifadəyə yararsız "Hopla” əmtəə nişanlı 0,5 litrlik qablaşdırmada, ümumi çəkisi 4 min 572 kiloqram olan məhsul partiyası "Təhlükəli Tullantılar” poliqonunda agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.