Abşeronda anası ilə mübahisə edən içkili şəxs itini polislərin üzərinə hücum etdirib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində baş verib.
Belə ki, 1982-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Adil (şərti) içkili vəziyyətdə anası ilə mübahisə edib. Buna səbəb anasının ona həyətdə saxladığı iti bağlamağı tövsiyə etməsi olub.
Hadisə yerinə gələn gələn polislər onu nizam-intizama dəvət etsələr də, Adil tələbə məhəl qoymayıb. Əksinə, iti polislərin üstünə salmaq istəyib.
Bu səbəbdən saxlanılaraq polis bölməsinə aparılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Adil 7 gün müddətinə inzibati qaydada həbs edilib.
Əhməd