Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.
Qaynarinfo-nun məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2787837348458" frameborder="0" allow="autoplay" allowfullscreen="">