Xəbər lenti

İtkin düşən azərbaycanlının əşyaları tapıldı
Ölkə07:48 06.04.2013

İtkin düşən azərbaycanlının əşyaları tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazax rayonunun işğal altında olan ərazimizlə sərhəd zonasında aprelin 2-də itkin düşən 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov haqda ANS PRESS yeni məlumatlar əldə edib.

Sərhəd zonasında meşəyə pencər yığmağa getdiyi ehtimal olunan Sabir Kərimova məxsus olduğu bildirilən su qabı, papaq və özü ilə apardığı, lakin içmədiyi araq şüşəsi tapılıb.

Lakin həmin yerdə Sabir Kərimova məxsus olmayan diğər bir əşya cırıq-cırıq olmuş pencəyin də tapıldığı bildirlir. Hadisə ilə bağlı Qazax rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, aprelin 2-dən Qazax rayonunun Ermənistanla sərhədində 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov meşəyə pencər yığmağa gedərkən itkin düşüb. Onun yaxınlarınin bildiridiyinə görə, Sabir Kərimov aprelin 2-də saat 9-da evdən çıxıb və artıq 15 dəqiqə sonra artıq onun telefonuna zəng çatmayıb.

Qaynar.info