Xəbər lenti

İtkin düşən bacılar tapıldı
Ölkə05:44 18.04.2019

İtkin düşən bacılar tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 5-i Gəncə şəhərində itkin düşən 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı, 9 yaşlı Ceyran Nipalıyeva tapılıb. 
Bununla bağlı Qaynarinfo-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 apreldə şəhər ərazisində olduqları müəyyən edilib və onlar ailəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bacılar dərsə getmək adı ilə evdən çıxaraq geri qayıtmamışdılar.