Xəbər lenti

İtkin düşən kursant tapıldı
Ölkə19:34 16.02.2022

İtkin düşən kursant tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üç gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı tapılıb.
Qaynarinfo xəbərverir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.
E.Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıda yerləşən hərbi akademiyaya gəlmək üçün yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb.