Şabran rayonunda itkin düşən qadının meyiti tapılıb.
APA-nın şimal bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın cəsədi Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.
Şabran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qadının ölümünün səbəbləri araşdırılır.