Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.
APA xəbər verir ki, 9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.
Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.
****
Qaynarinfo xəbər verir ki, rayonun Xaqan Dadaşov küçəsi, ev 124 ünvanında yaşayan 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb.
Onu görənlərdən 055 859 12 82 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.