Xəbər lenti

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... (FOTO)
Ölkə11:47 31.12.2020

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.
Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.
Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov "Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb: "Dedi ki, "ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik”. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı”.