Xəbər lenti

İtkin kimi axtarılırdı, xristian qəbiristanlığında dəfn edilibmiş... (FOTO)
Ölkə13:25 21.02.2025

İtkin kimi axtarılırdı, xristian qəbiristanlığında dəfn edilibmiş... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.
Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.
Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.