Xəbər lenti

İTV-də ciddi kadr dəyişikliyi
Ölkə09:05 25.04.2013

İTV-də ciddi kadr dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş direktorun iki müavini və iki direktor işdən çıxdı.

“Mediaforum” xəbər verir ki, aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir: 

Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini;

Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini;

Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru;

İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. 

Modern.az-ın məlumatına görə, Cəmil Quliyev dünən İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynovu da tutduğu vəzifədən kənarlaşdırıb. 

Qaynar.info