Xəbər lenti

İTV-də dəyişikliklər: 2 direktor getdi, 3-ü təyin edildi
Ölkə18:56 29.08.2016

İTV-də dəyişikliklər: 2 direktor getdi, 3-ü təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
Kanalın İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo.Az-a verilən məlumata görə, “Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.
Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.
Qaynarinfo.Az