Xəbər lenti

İTV-də Çingiz Aslanovu əvəz edəcək şəxs bəlli oldu
Ölkə13:55 05.12.2013

İTV-də Çingiz Aslanovu əvəz edəcək şəxs bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) baş verən ciddi kadr dəyişikliklərindən sonra telekanalda maraqlı proseslər baş verməkdədir. 

AzNews.az-ın məlumatına görə, İTV-də əsas müavinlərdən biri olan Çingiz Aslanov işdən kənarlaşdırılandan sonra televiziyada gözlənilməz situasiya yaranıb. 

Belə ki, daha əvvəl Ç. Aslanovun oturduğu, digərlərindən yüksək komfortuna görə, fərqlənən və 5-ci mərtəbədə yerləşən kabinetinə yiyələnmək mühüm məsələlərdən biri olub. Bu kabinetə isə baş direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədov yiyələnə bilib. Bu isə o deməkdir ki, Şaiq Məmmədov İTV-də ikinci şəxsə çevrilib. 

Onun bu posta rəcmən təsdiqlənib-təsdiqlənmədiyini İTV-dən dəqiqləşdirmək cəhdimiz baş tutmadı. Amma televiziyadakı mənbəmiz əminliklə bildirir ki, artıq Ş.Məmmədov artıq həmin otaqda fəaliyyət göstərir. 

Qaynar.info