Xəbər lenti

İTV-də yeni təyinat
Ölkə05:47 08.05.2015

İTV-də yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnalist Anar Yusifoğluna çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib. Aznews.az-a daxil olan məlumata görə, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.
Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib. 
Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib. 
Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb. 
Qaynar.info