
İTV-dən səbəbsiz yerə qovulan işçilərdən biri etirazını özünəməxsus şəkildə bildirib.
İTV-nin “İnformasiya və İctima-Siyasi proqramlar”Departamentinin əməkdaşı, daim qeyri-adi hərəkətləri ilə fərqlənən Jalə Novruzovanın etiraz aksiyası da qeyri-adi olub.
İnterpress.az-a daxil olan məlumata görə, o, İTV-nin baş direktoru Cəmil Quliyevin yaşadığı mənzilə gedərək onun evinin şüşələrini sındırıb. Ürəyi bununla soyumayan Jalə Novruzova səs-küy salaraq baş direktorun qonşularının yanında Cəmil Quliyevin ünvanına qeyri-etik ifadələr işlədib.
Sayt hadisə ilə bağlı Jalə Novruzova ilə əlaqə saxlayıb. O, belə bir əməli etmədiyini deyib. Jalə Novruzova hətta işdən çıxarıldığını belə etiraf etməyib.
Qaynar.info