Xəbər lenti

İTV-dən rəsmi açıqlama
Ölkə12:59 17.04.2013

İTV-dən rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İsmayıl Ömərov müsabiqəyə sənəd verməyib”

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsi üçün elan olunan müsabiqəyə bir neçə nəfər sənəd verib. İndi yalnız onu demək mümkündür ki, baş direktor vəzifəsinə seçki alternativlik şəraitində keçəcək”. 

Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədov aprelin 17-də “Media forum” saytına belə deyib.

Toğrul Məmmədov bildirib ki, müsabiqəyə sənəd verənlərin sayını və kimlər olduğunu açıqlamağı məqbul saymırlar: “Müsabiqə başa çatan kimi namizədlər haqda açıqlama verəcəyik. Hələlik vaxt var, sənəd qəbulu aprelin 19-u axşamadək davam edəcək”.

Aparat rəhbərinin sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı baş direktoru İsmayıl Ömərov müsabiqəyə sənəd verməyib.

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar aprelin 4-də müsabiqə elan edib.

Qaynar.info