Xəbər lenti

İTV-dən tərs qoyulan bayraqla bağlı açıqlama
Ölkə13:19 17.05.2019

İTV-dən tərs qoyulan bayraqla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsraildə baş tutan "Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 
Qaynarinfo xəbər verir ki, İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov və nümayəndə heyətinin üzvü Murad Arif məsələyə münasibət bildirib:
"Biz etirazımızı bildirdik və dəyişdilər. Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar həmin hissəyə özlərində olan bayrağı yerləşdirdilər”.