Xəbər lenti

İTV-nin keçmiş əməkdaşına vəzifə verildi
Ölkə19:28 29.07.2015

İTV-nin keçmiş əməkdaşına vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İTV-nin İnformasiya və İctimai-siyasi verilişlər Departamentinin keçmiş direktoru Mehparə Quliyevaya vəzifə verilib. Qaynar.info xəbər verir ki, telejurnalist Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. 
Hərracların Təşkili üzrə Auksion Mərkəzinə şöbə müdiri vəzifəsinə təyinat alan Mehparə Quliyeva uzun müddət yazılı və elektron mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada işləyib. "İşgüzar zaman”, "Xalq seçir” verilişlərinin, 10-a yaxın sənədli filmin, gündəlik efirə gedən "İqtisadiyyat” xəbər buraxılışının aparıcısı olub.
İTV-də böyük redaktor, Xəbərlər Departamentinin, həmçinin İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru, Analitik.az saytının direktoru vəzifələrində çalışıb.(Atv.az) 
Qaynar.info