
Bu gün prezidentliyə namizədlərin televiziya çıxışı ilə əlaqədar Milli Şuranın namizədi Cəmil Həsənlinin bir qrup tərəfdarı İTV-nin qarşısına toplaşıb.
“Qafqazinfo” Azadliq.info-ya istinadən xəbər verir ki, onlar bu yolla namizədlərinə dəstək ifadə ediblər və onu televiziyadan çıxarkən qarşılamaq istəyiblər. Lakin dinc toplananlara polis təzyiq göstərərək ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman C.Həsənlinin tərəfdarlarından 5 nəfər saxlanılıb.
Qaynar.info