Xəbər lenti

IV qrupda 700 bal toplayanların adları bəlli oldu
Ölkə15:46 30.07.2013

IV qrupda 700 bal toplayanların adları bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

IV ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin kimliyi artıq məlumdur.

Bu barədə Modern.az saytına açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, onlardan biri Müslümov Osman Bakı şəhəri 98 saylı orta məktəbin məzunudur. 

Digər 700 bal toplayan abituriyent Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Paşazadə Aytəndir.

Qeyd edək ki, IV qrupun imtahanları Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb .

Qaynar.info