Xəbər lenti

İxtisas seçiminin vaxtı uzadıldı
Ölkə19:55 30.08.2021

İxtisas seçiminin vaxtı uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.
Qaynarinfo xəbər verir ki , ixtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.
I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.
V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.
Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.