Xəbər lenti

Jest dilini mətnə çevirən elektron qolbaq hazırlandı
Ekonomiks05:35 30.09.2016

Jest dilini mətnə çevirən elektron qolbaq hazırlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada bədənimizin gizli dili olan jesti mətnə çevirən elektron qolbaq hazırlanıb. Bu layihə 2016-cı ilin aprelində Moskvada təşkil edilmiş “Bərabər imkanlar texnologiyaları” II hakatonunda qalib gəlib.
Eşitmə və görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulan “uSEEband” adlı qolbaq jest dilini bilməyən insanlarla sərbəst ünsiyyət saxlamaq imkanı yaradır. Qurğu daktil əlifbanın jestlər sistemini mətnə çevirir və onu real vaxt rejimində smartfon və ya planşetdə əks etdirir.
Ovucun içəri hissəsinə bərkidilən “uSEEband” inteqrasiya edilmiş sensorların köməyilə jestləri – daktil əlifbanın 32 hərfini tanıyır. Əldə edilmiş məlumatlar proqram neyroşəbəkəsi ilə emal edilərək sözlər və cümlələr şəklində smartfona ötürülür. O, “Android” əsasında işləyən proqramla əlaqə üçün “Bluetooth” moduluna malikdir və enerji yükləmədən 12 saatadək işləyə bilir.(azərtac)
Qaynarinfo.Az